Yandex watch
Əgər cökəni (ihlamur) belə içirsinizsə, diqqətli olun!

Soyuq qış günlərində cökə, həm immuniteti gücləndirən, həm də stressi azaldan faydalı bir bitki çayı olaraq geniş istifadə olunur. Tərkibindəki antioksidantlar və sakitləşdirici komponentlər sayəsində qrip və soyuqdəymə kimi xəstəliklərə qarşı təsirlidir. Lakin cökə düzgün şəkildə istehlak edilmədikdə faydasından çox zərər verə bilər.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, cökə yarpağı və çiçəyi müxtəlif faydalara malikdir. Hər yaş qrupu üçün uyğun olsa da, gündə üç stəkandan çox içilməməsi tövsiyə olunur. Həddindən artıq istehlak susuzluq və ishala səbəb ola bilər. Hamilə və yeni doğum etmiş qadınların isə cökəni yalnız həkim məsləhəti ilə istifadə etmələri vacibdir.

Cökə dəmləyərkən diqqətli olmaq lazımdır. Bir çimdik cökəni qaynadılmış suya əlavə edib 5-10 dəqiqə dəmlədikdən sonra süzüb isti halda içmək ən yaxşı üsuldur. Cökəni dəfələrlə qaynatmaq zərərlidir, çünki bu zaman bitkinin faydalı xüsusiyyətləri azalır və bədən üçün zərərli hala gələ bilər.

İstehlak zamanı bal əlavə etmək mümkündür. Şəkərdən istifadə etmək bitkinin təsirini azaldır, lakin təbii bal cökənin mahiyyətini qoruyur. Bal əlavə edilərkən çayın çox isti olmaması tövsiyə edilir, çünki balın faydalı təsirləri yüksək istilikdə azalır.

Cökə toksinləri və ağır kimyəvi maddələri bədəndən çıxarmaq üçün təsirli vasitədir. İsti halda içilməsi bu prosesdə daha effektiv olur. Həmçinin, mədə həssaslığı olanlar üçün bal ilə istehlakı daha rahatdır.

Nəticədə, cökə təbii bir şəfa mənbəyi olsa da, onun düzgün və təyin olunmuş miqdarda istehlak edilməsinə diqqət etmək lazımdır. Yanlış istifadə fayda yerinə zərər verə bilər, buna görə qaydalara əməl etmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az