Xəstəliklər
Böyrək daşı necə əmələ gəlir? -
Xəstəliklər
282

Böyrək daşı necə əmələ gəlir? - Qarşısını almaq üçün tövsiyələr

Böyrəklər bədəndən tullantıların atılmasını təmin edir. Lakin bəzi qidalar böyrək daşlarının əmələ gəlməsinə səbəb ola bilər. Böyrək daşları, keçməsi doğum qədər çətin bir prosesdir.

E-saglam.az xəbər verir ki, urologiya mütəxəssisi Op. Dr. Əli Murat Gökçə, böyrək daşlarının səbəbləri və qarşısını alma üsulları barədə məlumat verib.

Böyrək daşı necə əmələ gəlir?

Böyrək daşları, qanda çox olan maddələrin, böyrəklərdən süzüldükdən sonra sidikdə kristallaşması nəticəsində yaranır. Kalsium, oksalat və sidik turşusunun kristallaşması, birləşərək daş əmələ gətirir. Böyrəkdən çıxan daşlar, sidik yollarını tıxayaraq ağrıya səbəb ola bilər.

Böyrək daşının əlamətləri

Böyrək daşının ən geniş yayılmış əlaməti qarın nahiyəsində ağrıdır. Daş böyrəyi tərk etdikdə, ağrı daha intensiv ola bilər. Əgər daş sidik yollarını tıxayırsa, ağrı şiddətlənir.

Böyrək daşlarınının qarşısını almaq üçün tövsiyələr

Op. Dr. Əli Murat Gökçə, böyrək daşlarının qarşısını almaq üçün bəzi sadə addımlar təklif edir:

Bol maye içmək: Gündə 2,5 litr maye içmək, böyrək daşlarının yaranmasını əngəlləyir. Limonad, portağal suyu və qreypfrut suyu da faydalıdır.

Meyvə və tərəvəzlər: Limon və portağal sidiyin turşuluğunu azaldır, bu da böyrək daşlarının qarşısını alır. Ayrıca, yüksək lif tərkibli qidalar, məsələn, balqabaq və alma böyrəyin filtrasiya sistemini dəstəkləyir.

Probiotiklər: Qatıq və digər probiotik qidalar böyrəklər üçün faydalıdır.

Böyrək daşlarının yaranma riskini azaldan bu sadə həyat tərzi dəyişiklikləri ilə böyrək sağlamlığınızı qoruyun.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun