Azərbaycanlı məşhurlar arasında dəb olan əməliyyat:
Azərbaycanlı məşhurlar arasında dəb olan əməliyyat:

Azərbaycanda son zamanlar məşhurlar arasında dəb olan göz rənginin dəyişdirilməsi yeni bir xidmət deyil.

Lakin son vaxtlara qədər adətən tibbi səbəblərə görə edilirdi.

Amma son vaxtlar keratopiqmentasiya (göz rənginin dəyişdirilməsi) və digər oxşar prosedurlar dəb halını alıb. Mavi gözlərdən bezdin - pul ödəyirsiniz və yaşıl gözəri pulla alırsınız.

İndi hər kəsi göz rənginin həqiqətən birdəfəlik dəyişib-dəyişməyəcəyini və bunun təhlükəli olub olmadığını bilmək maraqlandırır.

E-saglam.az xəbər verir ki, bu barədə anatomiya professoru Adam Taylor danışıb.

O deyib: "Gözün bəbəyində melanin olan iki piqmentli təbəqə var. Onlar altı əsas tanınan rəngdən birini təyin edir: gözlər qəhvəyi, kəhrəba, fındıq, yaşıl, mavi və boz ola bilər. Hər iki təbəqədə çoxlu piqment varsa, gözlər tünd qəhvəyi olacaq, bu təxminən 80 insanda belədir".

Ən nadir rəng isə yaşıldır, yəni membranın ön təbəqələrində daha az melanin var. Əgər ümumiyyətlə melanin yoxdursa, gözlər mavi və ya boz rəngdə olacaq”.

Professor bildirib ki, bu əməliyyat gözün rəngini dəyişmək üçün buynuz qişaya xüsusi boyaların vurulduğu kosmetik prosedurun adıdır. Bu, bir zamanlar ən qədim üsullardan biri olub, piqment olaraq gözə vurulur.

Göz rəginin dəyiməsi üçün müxtəlif prosedurlar var:

Lazer depiqmentasiyası

Lazerdən istifadə edərək, bəbəyin xarici təbəqəsindən təkcə qəhvəyi piqmentin özünü deyil, həm də onu yaradan hüceyrələri "yandıra" bilərsiniz. O, əvvəlcə gözün dəri melanozunu müalicə etmək üçün istifadə edilmişdir.

Silikon implantlar

Əsasən, gözə daimi olaraq yerləşdirilmiş rəngli lenzdir. Bu, cərrahi əməliyyatdır, həkim buynuz qişanın ön qatında kəsik açır və oraya istədiyiniz rəngdə implant yerləşdirir.

Bütün bu hallarda göz rəngi əslində birdəfəlik dəyişir. Amma bu nə qədər təhlükəsizdir?

Professor Taylor xəbərdarlıq edib: "Həm keratopiqmentasiya, həm də lazer depiqmentasiyası yüksək infeksiya riski daşıyır".

Bu prosedurlar görmə qabiliyyətini korluğa qədər zəiflədə, buynuz qişanın perforasiyasına, qlaukoma və katarakta səbəb ola bilər.

Keratopiqmentasiyadan sonra bəzi xəstələrin gözlərində ağrı yarandığına dair sübutlar var.

“Kor, lakin gözəl” ifadəsi həm də insanın görmə qabiliyyətini qismən və ya tamamilə məhrum edə bilən implantlar haqqındadır.

Digər xoşagəlməz nəticələrə gözün şəklindəki dəyişikliklər və göz içi mayesinin optik sinir üzərində artan təzyiqi daxildir.

Həkimlər deyirlər ki, bu, korluğa da gətirib çıxarır:

"Xəstəlikləri müalicə etmək üçün bu müdaxilələrə ehtiyac olduqda belə, həkimlər həmişə fayda və risk balansını qiymətləndirirlər.

Daha çox göz rənginin yalnız gözəllik üçün dəyişdirilməsinin məqsədəuyğun olduğuna dair heç bir sübut yoxdur. Bəli, istədiyiniz effekti əldə edəcəksiniz, amma sonra uzun müddət, bəlkə də bütün həyatınız boyunca ağrıya dözməli olacaqsınız. Ona görə də həkim tərəfindən seçilən rəngli linzalar daha düzgü seçim ola bilər”. (Cebheinfo.az)

E-saglam.az