
“Yedikcə güclənərik” anlayışı tibbdə dəstəklənmir.

E-saglam.az xəbər verir ki, onkoloq Prof. Dr. Necdət Üskent bildirir ki, nəzarətli oruc xərçəng hüceyrələrinin böyüməsini yavaşladır və bədənin onları qidalandırmamasına şərait yaradır.
1994-cü ildən bu yana aparılan araşdırmalar sübut edir ki, aralıq oruc xərçəngin inkişafını ləngidir. 16-18 saatlıq orucluq tətbiq edilən xəstələrdə şiş böyüməsinin dayandığı və ya gerilədiyi müşahidə olunub. Üskentə görə, bədən aclıq zamanı şişin böyüməsinə səbəb olan hormonların səviyyəsini aşağı salır.
Əsas mexanizmlərdən biri mTOR adlı gendir. Bu gen bədənə enerji daxil olduqda hüceyrə çoxalmasını aktivləşdirir. Aclıq zamanı mTOR susdurulur, hüceyrələr qənaət rejiminə keçir və xərçəngin yayılması əngəllənir.
Lakin bu, hər hansı oruc deyil. Mütəxəssis xəbərdarlıq edir ki, şüursuz şəkildə aclıq orqanizmə zərər verə bilər. Karbohidratların azaldıldığı, protein və elektrolit balansının qorunduğu, az kalorili, amma zəngin qidalanma əsas götürülməlidir.
Gündə üç dəfə yemək yemək, xüsusən də xərçəng xəstələri üçün yanlış vərdişdir. Səhər yeməyi atlayıb günün sonuna yaxın yüngül bir yemək yetərli ola bilər. Bundan əlavə, işlənmiş qidalardan və heyvani zülallardan uzaq durmaq, soğan, sarımsaq kimi antioksidantlarla zəngin bitki mənşəli məhsullara üstünlük vermək məsləhətdir.
Prof. Dr. Ahmet Erdem isə bildirir ki, artıq çəki ürəyə əlavə yük yaradır. Bədən bir kiloqram yağ toxumasını qidalandırmaq üçün yüzlərlə əlavə damar qurur. Bu, həm ürəyə, həm də qan dövranına mənfi təsir göstərir.
Tərcümə: Könül Oruc