
Münhen Texniki Universitetinin mütəxəssisləri sensasiyalı kəşf ediblər.

E-saglam.az xəbər verir ki, göbələk amaropostia stiptica (acı göbələk) rəsmi olaraq planetin ən acı maddəsi kimi tanınır.
İnanılmaz acılığına baxmayaraq, bu ağac göbələyi zəhərli deyil. Tədqiqatçılar onun molekulyar tərkibini öyrənmək qərarına gəlib və əvvəllər məlum olmayan üç acı kimyəvi maddə aşkar ediblər ki, bunlardan oliqoporin D bütün məlum maddələrin ən acısı ola bilər. Bu birləşmə ağızda xüsusi acı reseptorları aktivləşdirir və o qədər güclüdür ki, onun dadını hətta 106 vanna suya bir qram konsentrasiyada hiss etmək olar.
Acı göbələk heç bir qastronomik maraq göstərməsə də, istehlakı təhlükəli deyil. Alimlər qeyd ediblər ki, acı dad reseptorları təkcə ağızda deyil, mədədə, yoğun bağırsaqda, hətta dəridə də olur və orqanizmdə müxtəlif rol oynayır.
Mütəxəssislər göbələklərdəki acı birləşmələrin kifayət qədər tədqiq edilmədiyini və oliqoporin D kimi maddələrin kəşfinin insanların acı ilə mürəkkəb əlaqəsini daha yaxşı başa düşməyə kömək edə biləcəyini vurğuladılar. Tədqiqatın aparıcı müəllifi Mayk Behrensə görə, tapıntılar qida və sağlamlıq sahəsində yeni sərhədlər aça bilər.
Tərcümə: Könül Oruc