Tibbi xəbərlər
Alimlər yeni ağrıkəsici kəşf etdilər –
Tibbi xəbərlər
174

Alimlər yeni ağrıkəsici kəşf etdilər – 24 saat davam edən təsiri...

Yaponiyanın Kindai Universitetinin alimləri ağrıların idarə edilməsində əsaslı kəşf ediblər. Hüceyrə yapışma molekulu “CADM1” zülalını hədəf alan yeni antikor olan “3E1” yan təsirləri və uzun müddətli ağrıkəsici təsiri ilə diqqət çəkib.

E-saglam.az xəbər verir ki, “3E1” antikoru sinir hüceyrələrinin səthində tapılan “CADM1” zülalını hədəf alaraq yalnız həssas sinirlərə təsir göstərir.

Kindai Universiteti Tibb Fakültəsindən Akihiko Ito və Fuka Takeuçinin rəhbərlik etdiyi araşdırma nəticələrini “Life Sciences” elmi jurnalında dərc edib.

Tədqiqat çərçivəsində siçanların dərisinə “3E1” antikoru yeridilmiş və antikorun yalnız dəri altındakı hiss sinirlərində lokallaşdırıldığı müşahidə edilib.

Kimyəvi səbəbli ağrı testlərində “3E1” tətbiq olunan siçanların ağrı ilə əlaqəli davranışlarının nəzarət qrupu ilə müqayisədə əhəmiyyətli dərəcədə azaldığı müşahidə edilib. Bu təsirlər 24 saata qədər davam edib.

Tədqiqat qrupunun fikrincə, “3E1”in ən əhəmiyyətli üstünlüklərindən biri onun motor sinirlərə heç bir mənfi təsir göstərməməsidir.

Siçanlar üzərində aparılan təcrübələrdə müəyyən edilib ki, antikor iflic və ya davranış anomaliyasına səbəb olmayıb, ancaq ağrı hisslərini sıxışdırıb.

Tədqiqatçılar antikorun insanlarda istifadəyə uyğun olması üçün daha uzunmüddətli təsir göstərən versiyaları üzərində işlədiklərini bildiriblər. (Publika.az)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun