
Yarım əsrdən çox qidalanma və sağlam həyat sahəsində araşdırmalar aparan və 102 yaşına çatan doktor Con Şarffenberq uzun ömrün genetik deyil, vərdişlərlə formalaşdığını bildirib.

E-saglam.az xəbər verir ki, tək səyahət edə biləcək qədər bədən quruluşuna malik yaşlı professor həyatı boyu qəbul etdiyi 7 əsas qaydanı bölüşüb və sağlam qocalmaq üçün məsləhətlər verib.
“Genetika tale deyil”
Ailə üzvlərinin çoxunu gənc yaşda itirdiyini qeyd edən Dr.Şarffenberq, sağlam həyat tərzinin tamamilə həyat tərzi seçimləri ilə mümkün olduğunu müdafiə edir. Öz təbirincə desək, “Mən uzunömürlülüyü miras almadım, onu qurdum”.
1. Siqaretdən uzaq durun
Həyatında heç vaxt siqaret çəkmədiyini deyən Şarffenberq siqaretin təkcə ağciyərləri deyil, ürəkdən böyrəklərə qədər bütün orqanları zədələdiyini, erkən ölüm riskini ciddi şəkildə artırdığını vurğulayır.
2. Spirtli içkilər içməyin
Professor bildirir ki, alkoqol orqanizmə dağıdıcı təsir göstərir və bir çox orqanları, xüsusilə də qaraciyəri təhdid edir. O, Ümumdünya Səhiyyə Təşkilatının spirtli içkilərdən istifadə ilə bağlı xəbərdarlıqlarını da dəstəklədiyini deyir.
3. Gündəlik məşqləri ihmal etməyin
İdman onun həyat tərzinin ayrılmaz hissəsidir. 40 yaşından sonra nizamlı fiziki fəaliyyətin daha da vacib olduğunu bildirən Şarffenberq bağçılıq və ya sürətli gəzintilərin belə kifayət etdiyini deyir.
4. Vaxtında yeyin, qəlyanaltı etməyin
Düzənsiz və davamlı yemək vərdişlərinin orqanizmi yorduğunu bildirən professor, yeməyə sadiq qalmağın həm maddələr mübadiləsini tənzimlədiyini, həm də çəkiyə nəzarəti asanlaşdırdığını deyir.
5. Tərəvəzli pəhriz yeyin
Uşaqlıqdan vegetarian olduğunu bildirən Şarffenberq xüsusilə kartof, süd, yumurta, xurma və manqo kimi qidalara üstünlük verdiyini deyir. O əlavə edir ki, ət istehlakını azaltmaq sağlamlıq üçün faydalıdır.
6. Doymuş yağlardan çəkinin
Heyvan yağlarının ürək-damar xəstəliklərini tətiklədiyini ifadə edən qoca professor, bitki mənşəli qidalanmanın bu riski əhəmiyyətli dərəcədə azaldacağını müdafiə edir.
7. Şəkər istehlakını azaldın
Şirniyyat yerinə təbii meyvələrlə hazırlanan reseptləri tövsiyə edən Şarffenberq şəkərin çəki artımına səbəb olmaqla yanaşı, ürək xəstəlikləri başda olmaqla bir çox sağlamlıq problemlərinə də yol açdığını deyir.
Tərcümə: Könül Oruc