Axı necə olur ki, balaca dərman haramızın ağrıdığını bilir?
E-saglam.az xəbər verir ki, bəzi ağrıkəsicilər, (narkotik analgetiklər) beyində "ağrıya nəzarət edən hissələri", söndürürlər və beyinə ağrı barədə məlumat gəlsə də beyin onu qəbul etmir. Beləliklə ağrının siqnallarını beyin ağrı kimi qəbul etmir.
Ancaq beyinə təsir etməyən qeyri-narkotik analgetiklər də var. Onlar beyinə yox, birbaşa ağrının olduğu yerə təsir edirlər.
Bəs ağrının olduğu yeri necə tapırlar? Necə bilirlər ki, haramız ağrıyır?
İltihab və zədələnmə zamanı orqanizmdə avtomatik olaraq biyokimyəvi reaksiyalar başlayır, bu zaman ağrı yaradan vasitəçilər (prostaglandinlər, prostasiklinlər, tromboksanlar və s.) işə düşür. Biz "qeyri-narkotik analgetik" qəbul edərkən, dərman qana keçir, və qanla bədənin hər tərəfinə bərabər şəkildə yayılır. Bu dərman, ağrı yaradan vasitəçilərin formalaşmasında iştirak edən siklooksigenaz fermentini bloklaya bilir.
İltihablaşan və ya zədələnən hissəyə gəlib çatdıqda, siklooksigenaz fermentini bloklayır və beləliklə ağrı haqda sinir sisteminə ötürülən məlumat azalır. Biz də ağrını hiss etmirik.
Ağrı dayanmır, azalmır, kəsmir. Sadəcə biz onu hiss etmirik.