15 dəqiqə ərzində yoluxur və yayılır! Gecə qaşınmalarına diqqət!
15 dəqiqə ərzində yoluxur və yayılır! Gecə qaşınmalarına diqqət!

Payız-qış ayları ilə artan və çox yoluxucu olan qaşınma hər yaşda müşahidə edilə bilər. Dəri xəstəliyinin bir növü olan və 15-20 dəqiqə kimi qısa müddətdə yaxın təmasla insandan insana yayılan qotur, xüsusilə insanların sıx olduğu mühitlərdə daha sürətli yayılır.

E-saglam.az xəbər verir ki, qotur, "Sarcoptes scabiei von hominis" gənəsinin yaratdığı bir dəri xəstəliyi kimi tanınır.

Gecələr daha şiddətli qaşınmaya səbəb olan bu xəstəlik müalicə edilmədikdə səpgi və yara əmələ gəlməsinə səbəb olur. Şəxsi gigiyenadan asılı olmayaraq hər kəsdə qaşınma baş verə bilər.

Qotur xəstəliyi ortaq istifadə olunan əşyalardan və yerlərdən daha tez yayılır. Qoturun yayılmasının əsas səbəblərindən bəziləri; Məktəblərdə və uşaq bağçalarında uşaqlar çox sıx təmasda olurlar və idman geyimlərini paylaşırlar, idman zallarında döşəklər paylaşılır, ictimai nəqliyyatda insanlar bir-birinə yaxın olur və oturma yerlərini bölüşürlər, bəzən də mağazalardakı paltarları geyinirlər, o paltarların uzun müddət insanların üzərində qalması, bunlar restoran və kafeteryalarda ümumi yerlərin istifadəsi kimi faktorlar olaraq bilinir.

Qoturun simptomları aşağıdakılardır:

Ən çox görülən simptom qaşınmadır. Bu qaşınmalar adətən gecələr daha da pisləşir.

Tapıntı və şikayətlər daha çox barmaq arası, biləyin daxili hissəsi, qoltuqaltı, bel, omba, ayaq və topuq nahiyələrində olur.

Ən bariz nümunəsi barmaqların arasında və biləkdə tez-tez görülən 1-10 mm uzunluğunda tunel adlanan ağ rəngli qırıq xətt şəkilli formasiyalardır.

Dəridə qaşınma izləri, qaşınma qabarıqları, şəffaf su ilə dolu millimetrik, mirvari formalı qabarcıqlar, ekzemaya bənzər qaşınma və səpgilər.

Qotur ilk yoluxduqda heç bir əlamət olmadan irəliləyir. Dəriyə daxil olduqdan təqribən 45-60 gün sonra parazitin nəcisi və yumurtadan çıxan və yetkin parazitlər çıxdıqda dəridə simptomlar görünməyə başlayır.

QOTUR XƏSTƏLİYİNİN YOLUXMA RİSKİNİ ARTIRAN SƏBƏBLƏR

Yoluxmuş şəxslə birbaşa təmasda olmaq və bu əlaqə ən azı 15-20 dəqiqə davam etməlidir;

Eyni yataqda yatmaq, qucaqlaşmaq və yoluxmuş şəxsin şəxsi əşyalarını, paltarlarını, dəsmallarını və yataq dəstlərini istifadə etmək kimi hallar yoluxma riskini artırır.

Qoturun müalicəsi üçün evdə istifadə edilən bəzi təbii üsullar var. Lakin bu üsullar qoturun müalicəsində müəyyən çətinliklər yarada bilər.

Unutmaq olmaz ki, qoturun müalicəsində yalnız şikayəti olan şəxsin müalicəsi kifayət deyil. Fərdi olaraq tətbiq edilən və kifayət qədər elmi sübutu olmayan bu cür təcrübələrlə xəstələr əvvəlcə qismən rahatlaşsalar da, düzgün və adekvat müalicə almadıqları üçün vaxt itirirlər və xəstəliyin ətrafdakı və təmasda olan insanlara yayılmasına səbəb olurlar.

Bundan əlavə, bu cür tətbiqlərin nəzarətsiz və şüursuz tətbiqi dərini qurudur və ekzema və buna görə də qaşınma yarada bilər.

Tərcümə: Könül Oruc

E-saglam.az