Faydalı
Yuxunun müddəti daha vacibdir,
Faydalı
389

Yuxunun müddəti daha vacibdir, yoxsa keyfiyyəti?

Yuxu fiziki və zehni sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır. Lakin mütəxəssislər bildirirlər ki, vacib olan yalnız yuxunun müddəti deyil, həm də onun keyfiyyətidir.

E-saglam.az “Euronews” telekanalına istinadla xəbər verir ki, mövzu ilə bağlı Stanford Universitetindən yuxu mütəxəssisi Rafael Pelayo araşdırma aparıb.

Mütəxəssis qeyd edib ki, əksər insanlar üçün 7-9 saat yuxu ideal hesab olunur: “6 saatdan az və ya 9 saatdan çox yuxu sağlamlıq risklərini artıra bilər. Əgər uzun müddət yatdıqdan sonra yenə də yorğun hiss edirsinizsə, yuxu keyfiyyətiniz aşağı ola bilər. Yaşa görə yuxu tələbatına əsasən, körpələr 14-17 saat, gənc yetkinlər (16-25 yaş) 8-10 saat, böyüklər (26-64 yaş) 7-9 saat, yaşlılar (65 yaş və yuxarı) 7-8 saat yatmalıdırlar”.

R.Pelayo bildirib ki, insanlar hər 90 dəqiqədən bir yuxu mərhələlərindən keçirlər: “Gecənin ilk hissəsində dərin yuxu baş verir – bədən bərpa olunur, böyümə hormonu ifraz edilir. Gecənin sonuna yaxın REM yuxusu artır – yaddaş möhkəmlənir və öyrənmə prosesi güclənir”.

“Araşdırmalar göstərir ki, qadınların yuxuya ehtiyacı kişilərdən çox deyil, lakin onlar adətən bir qədər çox yatırlar. Hamiləlik, menopauza və menstrual dövr yuxu keyfiyyətinə təsir edə bilər. Yeni ana olan qadınlar gecələr daha çox oyanmağa meyillidirlər. Yuxu çatışmazlığı müəyyən sağlamlıq risklərini artıra bilər: Depressiya və stress; Yüksək qan təzyiqi, infarkt və insult; İmmunitet sisteminin zəifləməsi; Alsheimer riskinin artması. Əgər kifayət qədər yatırsınız, amma yenə də yorğun hiss edirsinizsə, həkimə və ya yuxu mütəxəssisinə müraciət etməyiniz tövsiyə olunur”, – deyə mütəxəssis əlavə edib. (Azərtac)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun