Qidalanma
Yumurta ilə bu qidaları birlikdə yemək həzm sistemini
Qidalanma
322

Yumurta ilə bu qidaları birlikdə yemək həzm sistemini bərbad hala salır

Səhər yeməyi süfrələrində tez-tez birlikdə istehlak edilən bəzi qidalar sağlamlıq üçün risk yarada bilər.

E-saglam.az xəbər verir ki, xüsusilə yumurta çox qidalı bir məhsul olsa da, müəyyən qidalarla birləşdirildikdə həzm sisteminə mənfi təsir göstərə bilər.

1. Donuz və yumurta: Yüksək riskli kombinasiya

Səhər yeməyində məşhur olan bu duet ləzzətli olsa da, sağlamlıq üçün zərərlidir. Araşdırmalar göstərir ki, donuz əti və yumurtanın birlikdə istehlakı mədəaltı vəzi xərçəngi riskini artırır və çəki artımına səbəb ola bilər.

2. Soya südü və yumurta: Protein udulmasını əngəlləyir

Soya südü sağlam alternativ hesab edilsə də, yumurta ilə birlikdə istehlak edildikdə orqanizmin zülalları düzgün mənimsəməsinə mane olur.

3. Çay və yumurta: Dəmirin sorulmasını azaldır

Səhər yeməklərinin ayrılmaz hissəsi olan çay yumurtadakı dəmirin orqanizm tərəfindən mənimsənilməsinə mane olur. Bu da xüsusilə dəmir çatışmazlığı olan insanlarda problemlər yarada bilər.

4. Pendir və yumurta: Kalsium və dəmir qarşıdurması

Pendirin yüksək kalsium tərkibi yumurtadakı dəmirin sorulmasını azaldır. Xüsusilə dəmirə ehtiyacı yüksək olan insanlar bu birləşmədən çəkinməlidirlər.

5. Paxlalılar və yumurta: Həzm çətinlikləri

Paxlalılar və yumurta yüksək protein tərkibli qidalardır. Birlikdə istehlak edildikdə, həzm sistemində gərginlik yarada və şişkinlik kimi problemlərə səbəb ola bilər.

6. Banan və yumurta: Həzm sistemi üçün ağır yük

Banan və yumurta birlikdə istehlak edildikdə həzmi çətinləşdirir. Bananı yumurtadan ən az bir saat əvvəl və ya sonra yemək daha faydalıdır.

7. Balıq və yumurta: B7 vitamini itkisi

Bu iki qida birlikdə istehlak edildikdə B7 vitamininin təsiri zəifləyir. Onları fərqli yeməklərdə istehlak etmək daha məqsədəuyğundur.

8. Ət və yumurta: Böyrəklərə yük salır

Hər ikisi yüksək protein mənbəyi olsa da, birlikdə istehlak edildikdə həzm sistemini və böyrəkləri yükləyə bilər.

9. Qovun və yumurta: Həzm problemləri yaradır

Qovun həzm olunması uzun çəkən meyvələrdən biridir. Yumurtayla birlikdə yeyildikdə mədə narahatlığına səbəb ola bilər.

Bu qidaları birlikdə istehlak etmək həzm sistemini çətinləşdirə və bədənin qida maddələrini mənimsəməsini azalda bilər. Daha sağlam bir həzm üçün bu birləşmələrdən çəkinmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun