Tibbi xəbərlər
Yoxlamaların aparıldığı Mərkəzə yeni -
Tibbi xəbərlər
1066

Yoxlamaların aparıldığı Mərkəzə yeni - Direktor təyinatı

Ötən ay yoxlamaların aparıldığı Respublika Endokrinoloji Mərkəzinə yeni direktor təyin olunub.

E-saglam.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun Əmri ilə bu vəzifəyə Kəmalə Ağayeva gətirilib. 

Xatırladaq ki, ötən ay Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Mərkəzində əməliyyat keçirilməsi barədə məlumat yayılmışdı.

Nəticədə bir neçə vəzifəli şəxsin - Mərkəzin direktoru Nərmin İsmayılova, inzibati işlər üzrə sabiq direktor müavini Vəfa Kərimova, baş həkim Ülviyyə Əhmədova barəsində cinayət işi başlanıldığı, onların məsuliyyətə cəlb olunduğu, barələrində ev dustaqlığı qətimkan tədbirinin seçildiyi qeyd olunurdu.

Baş Prokurorluq və TƏBİB Mərkəzin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanması barədə birgə məlumat yaymışdı. Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Lakin Mərkəzinin keçmiş direktoru Nərmin İsmayılova əməliyyatın inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış Vəfa Kərimovadan edilən şikayət əsasında keçirildiyini, əməliyyat nəticəsində saxlanılan olmadığını, barəsində səslənən ittihamların yalan olduğunu açıqlamışdı. Bildirmişdi ki, əməliyyatdan sonra özü və baş həkim Ülviyyə Əhmədova işdən öz ərizələri ilə çıxıblar.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun