Qidalanma
Səhər yeməyində ağ pendirə bir az əlavə edin -
Qidalanma
149

Səhər yeməyində ağ pendirə bir az əlavə edin - İmmuniteti gücləndirir, enerjini artırır

Səhər yeməyi günə sağlam və enerjili başlamağın açarıdır. Süfrəmizin vazkeçilməz ləzzəti olan ağ pendir isə yalnız dadı ilə deyil, sağlamlığa faydaları ilə də seçilir.

E-saglam.az xəbər verir ki, bu tanış dadı daha da faydalı etmək isə sadəcə bir toxunuşla mümkündür – kəklikotu yağı ilə.

Təbii güc: Kəklikotu yağının tərkibi və təsiri

Kəklikotu min illərdir təbii müalicə vasitəsi kimi istifadə edilir. Onun yağı isə antioksidant, antibakterial, antifungal və antiinflamatuar xüsusiyyətlərə malikdir. Bədənə daxil olan zərərli maddələrlə mübarizə aparır, immun sistemini gücləndirir və həzmi tənzimləyir.

Ağ pendir – zülal və probiotik mənbəyi

Zülal və kalsiumla zəngin olan ağ pendir sümükləri möhkəmləndirir, bağırsaq florasını dəstəkləyir və orqanizmin ümumi müqavimətini artırır. Tərkibindəki probiotiklər isə həzmi asanlaşdırır və immun sisteminə müsbət təsir göstərir.

İdeal duet: Ağ pendir və kəklikotu yağı

Kəklikotu yağının ağ pendirə əlavə olunması bu iki təbii məhsul arasında əla sinerji yaradır. Yağda olan antioksidantlar pendirin kalsiumunun daha yaxşı mənimsənilməsinə şərait yaradır, probiotiklərlə birlikdə isə mədə-bağırsaq sistemində sakitləşdirici təsir göstərir. Damaqda da mükəmməl balans yaranır – duzlu və ədviyyatlı notlar birləşərək səhər süfrənizə fərqli ləzzət qatır.

Güclü immunitet, daha çox enerji

Xüsusilə soyuq mövsümlərdə kəklikotu yağı güclü təbii qoruyucu rolunu oynayır. Ağ pendirlə birgə qəbul olunduqda isə bədənin müqaviməti artır, enerji ehtiyatları güclənir. Bu ikili bədəni gün boyu müdafiə edir və yorğunluğun qarşısını alır.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun