Tibbi xəbərlər
Kişilərdə çəki problemi varsa,
Tibbi xəbərlər
120

Kişilərdə çəki problemi varsa, yaddaşı qadınlardan 10 il tez itirə bilər

London İmperial Kollecinin alimləri qrupu artıq çəki problemi olan kişilərin qadınlardan tam on il əvvəl yaddaşı itirməyə başlaya biləcəyini aşkar ediblər.

E-saglam.az xəbər verir ki, demans ən çox 75 yaşdan sonra inkişaf edir, lakin "Neurology Neurosurgery & Psychiatry" jurnalında dərc edilən yeni bir araşdırma, piylənmənin kişilərdə prosesi sürətləndirə biləcəyini göstərir.

Qrup 45-82 yaş arasında olan 34.000 piylənmə, hipertoniya və 2-ci tip diabetdən əziyyət çəkən insanların məlumatlarını təhlil etdi - demensiyanın inkişaf riskini artıran amillər. Onlar müəyyən ediblər ki, artıq çəkisi olan kişilərdə beyin funksiyasının pisləşməsi artıq 55-74 yaşda başlayır, qadınlarda isə analoji dəyişikliklər yalnız on ildən sonra - 65-74 yaşda baş verir.

MRT taramalarından istifadə edərək alimlər iştirakçılarda beyin həcmini və qarın yağının miqdarını qiymətləndiriblər. Nəticələr göstərdi ki, artıq qarın yağı beyin həcminin azalması ilə əlaqələndirilir ki, bu da sinir hüceyrələrinin və aralarındakı əlaqələrin itirilməsini göstərir. Bu asılılıq xüsusilə kişilərdə özünü göstərirdi.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun