Tibbi xəbərlər
Tibbi xəbərlər
160

Yeni dərs ili ilə bağlı rəsmi qərarın olmaması valideynləri tərəddüd içində saxlayır — VİDEO

Yeni dərs ilinin başlanmasına iki həftədən də az müddət qalıb. Amma müddətin az olmasına baxmayaraq, dərslərin əyani, yoxsa distant formada başlayacağı bilinmir. Bu hal isə valideynləri də düşündürməyə başlayıb.

Rəyini öyrəndiyimiz bütün valideynlər məktəblərin açılması ilə bağlı qərarın tez verilməsini istəyirlər. Çünki zaman onlar övladları üçün məktəb ləvazimatları alıb-almayacaqları barədə qərar verməkdə çətinlik çəkirlər.

Satıcılar isə mövcud vəziyyətlə bağlı əvvəlki illərə nisbətən satışın azaldığını deyirlər.

Yeni tədris ilinin başlanması ilə bağlı Təhsil Nazirliyindən "Xəzər Xəbər"ə bildirilib ki, vəziyyət təhlil olunur, bu sahədə aparıcı beynəlxalq qurumların tövsiyələri araşdırılır və uyğun fəaliyyət istiqamətləri müəyyən ediləcək. Tədrisin bütün pillələri üzrə hansı tarixdə və formada təşkili ilə bağlı qəbul ediləcək qərarlara dair yaxın günlərdə ətraflı məlumat veriləcək.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun