Qidalanma
Yaz aylarında hansı meyvələrlə immuniteti gücləndirmək olar
Qidalanma
111

Yaz aylarında hansı meyvələrlə immuniteti gücləndirmək olar

Dietoloqlar bahar aylarında immuniteti dəstəkləmək və avitaminozdan əziyyət çəkməmək üçün hansı meyvələri yemək lazım gəldiyini açıqlayıblar.

"Meyvələr bizim qida rasionumuzun əsas tərkib hissəsidir. Onların tərkibində çoxlu sayda mikroelementlər və vitaminlər var. Bu, zəngin lif mənbəyi deməkdir, odur ki, meyvələri həmişə menyumuza daxil etməliyik", - deyə dietoloq Oksana Vıdrya rus mətbuatına müsahibəsində bildirib.

E-saglam.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, başqa bir dietoloq Olqa Kuznetsovaya görə, yaz avitaminozu zamanı ən təsirli meyvə armuddur. Çünki onun tərkibində çoxlu miqdarda dəmir var. Orqanizmdə dəmir çatmayanda bu vəziyyət atrofik qastrit və miokardiopatiyaya səbəb olur, eyni zamanda, skelet əzələlərinin tonusunu azaldır və yorğunluq hissini artırır.

Eləcə də, B6, K və C vitaminləri ilə zəngin olan nar da immuniteti dəstəkləyir, mərkəzi sinir sisteminin işini, qanı normallaşdırır.

Banan isə tərkibindəki B6 vitamini, manqan və kalium sayəsində vitamin çatışmazlığından qorunmağa kömək edir.

"Əgər banan yeməklə kökəlməkdən ehtiyat edirsinizsə, müəyyən normanı keçməmək məsləhətdir. Məsələn, gün ərzində bir banan yeməyin heç bir ziyanı yoxdur", - bunu isə dietoloq Tamara Kramçeninova deyib.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun