Xəbərlər
Yaxın günlərdə havanın temperaturu bir qədər də
Xəbərlər
461

Yaxın günlərdə havanın temperaturu bir qədər də yüksələcək - Nazim Mahmudov

İyun ayı ölkəmizin qlobal iqlim dəyişmələrinin təsirinə daha çox məruz qaldığı periodlardan biridir. Bu təsir havanın temperaturunda daha çox hiss olunur.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov E-saglam.az-a bildirib ki, son illər havanın temperaturunda bir qədər artım müşahidə olunur. Belə ki, son illər ən isti hava 2021-ci ilin iyununda qeydə alınıb. Havanın maksimal temperaturu  Bakıda və Abşeron yarımadasında 41, bölgələrdə isə 43 dərəcəyədək yüksəlib.

“Bu ilin iyun ayının ilk günlərində mülayim cənub küləklərinin, isti hava axınının təsiri ilə əlaqədar havanın temperaturu bir qədər yüksəlib. Maksimal temperatur Bakıda və Abşeron yarımadasında 34, bölgələrdə isə 37 dərəcə isti qeydə alınıb”.

Xidmət rəisinin sözlərinə görə, yaxın günlərdə havanın temperaturunun bir qədər də yüksələcəyi, maksimal temperaturun Bakıda və Abşeron yarımadasında 31-36, bəzi yerlərdə 38, Naxçıvan MR və Aran rayonlarında 35-38, bəzi yerlərdə 40, dağlıq rayonlarda 20-25, bəzi yerlərdə 28-30 dərəcə isti olacağı gözlənilir.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun