Tibbi xəbərlər
Çin alimləri kosmik stansiyada naməlum
Tibbi xəbərlər
222

Çin alimləri kosmik stansiyada naməlum canlı orqanizm aşkarladılar

Çin alimləri "Tiangong" kosmik stansiyasında əvvəllər məlum olmayan bir bakteriya növü aşkar ediblər. Yeni mikroorqanizmə "Niallia tiangongensis" adı verilib. Bu bakteriya Yer mənşəli analoqlarından fərqli olaraq, kosmosda sağ qalmaq qabiliyyəti ilə seçilir.

E-saglam.az xəbər verir ki, bu barədə "International Journal of Systematic and Evolutionary Microbiology" jurnalında məlumat yayılıb.

Yeni bakteriya 2023-cü ilin mayında "Şençjou-15" missiyası zamanı "Tiangong" stansiyasının səthindən götürülən nümunələrin təhlili nəticəsində müəyyən edilib. Genom və metabolik analizlərdən sonra məlum olub ki, bu mikroorqanizm kosmosun sərt mühitinə - mikrosıfır çəkiyə, yüksək radiasiyaya və oksidləşdirici stressə qarşı xüsusi davamlılıq göstərir.

Alimlər bildirirlər ki, "Niallia tiangongensis" radiasiya nəticəsində yaranan zədələri bərpa etmək qabiliyyətinə malikdir. Bu xüsusiyyət gələcəkdə astronavtların sağlamlığını qorumaq üçün yeni müdafiə strategiyalarının hazırlanmasında mühüm rol oynaya bilər.

Bundan əlavə, bu bakteriyanın müəyyən üzvi maddələri parçalama bacarığı sayəsində tullantıların təkrar emalı və faydalı resurslara çevrilməsi sahəsində həm kosmosda, həm də Yer kürəsində praktiki tətbiqləri ola bilər.

Xatırladaq ki, "Tiangong" stansiyası 2022-ci ildə üç əsas modul - "Tianhe", "Wentian" və "Mengtian" birləşdirildikdən sonra tam fəaliyyətə başlayıb. 55 metr uzunluğa və 39 metr diametrə malik stansiya hazırda 340-450 km yüksəklikdə Yer ətrafında fırlanır və tərkibində üç astronavt çalışır.

Mütəxəssislər hesab edirlər ki, bu stansiya 2030-cu illərin ortalarına qədər fəaliyyət göstərə bilər.

Oxu.az

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun