Doktor Cozef Allenin sözlərinə görə, bu, kifayət qədər adi haldır. Bu, göz qapağı miokimiyası adlanan bir vəziyyətlə əlaqələndirilir.
E-saglam.az xəbər verir ki, oftalmoloq qeyd edir ki, miokimiya göz qapağının əzələlərinin qısamüddətli qeyri-ixtiyari yığılması nəticəsində yaranır. Çox vaxt bu vəziyyət streslə əlaqələndirilir.
Bunlar adətən stress keçirən, yuxusu pis olan və stimullaşdırıcı maddələrdən istifadə edən insanlardır.
Kifayət qədər zərərsiz bir fenomen olsa da, nadir hallarda göz qapaqlarının seğirməsi blefarospazm adlanan nadir bir vəziyyətə səbəb ola bilər. Bu, insanın göz qapaqlarının qeyri-ixtiyari bağlandığı nevroloji xəstəlikdir və bu, eyni anda hər iki gözdə baş verir. Blefarospazmın müalicəsinə botoks iynələri və ya hətta cərrahiyyə daxildir.
Bununla belə, vaxtaşırı göz səyirməsi yaşayan insanların böyük əksəriyyəti üçün narahat olmaq üçün heç bir şey yoxdur.
Daha çox yatın, çox kofein içməyi dayandırın və stress səviyyənizi idarə etməyə çalışın.
Tərcümə: Könül Oruc