Gənc oğlana qeyri-adi xəstəlik diaqnozu qoyulub.
E-saglam.az xəbər verir ki, 25 yaşlı yaponiyalının bütün həyatı əvvəllər onun telefonunda cəmlənmişdi. Oğlanın ünsiyyət problemi var idi və məktəbi yarımçıq qoyub mobil oyunlar dünyasına qərq oldu.
Tədricən gəncdə başın aşağı düşməsi sindromu yaranıb. Qeyri-təbii mövqelərə tez-tez məruz qalması səbəbindən boyun ağrısı, udma çətinliyi və kəskin kilo itkisi inkişaf etdirdi. Bundan əlavə, zaman keçdikcə xəstənin başının arxasında qabarıqlıq yaranıb.
Yalnız bundan sonra oğlan həkimlərə gedib. O, bu ağır xəstəlikdən ancaq əməliyyatın köməyi ilə sağalıb.
Tərcümə: Könül Oruc