Xəstəliklər
Mütəxəssis bu xəstələrə “lobya” ilə bağlı
Xəstəliklər
219

Mütəxəssis bu xəstələrə “lobya” ilə bağlı xəbərdarlıq etdi

Nevrologiya üzrə mütəxəssis Prof. Dr. Gülay Kenangil bildirib ki, təzə paxla (fava lobya) təbii olaraq levodopa adlı maddə ehtiva edir və bu maddə Parkinson xəstələrində istifadə edilən dərmanlara bənzər təsir göstərə bilər.

E-saglam.az xəbər verir ki, elmi araşdırmalar göstərir ki, lobya motor simptomların azalmasına kömək edə bilər. Lakin bu təsir, düzgün və nəzarətli istifadə olunmadıqda əks nəticələr doğura bilər.

Parkinson və lobya: fayda ilə risk arasında tarazlıq

Prof. Dr. Kenangil qeyd edib ki, Parkinson xəstəliyi beyində dopamin istehsal edən hüceyrələrin zədələnməsi ilə yaranır və motor funksiyalarda ciddi pozğunluqlara səbəb olur. Paxlanın tərkibində olan levodopa bu çatışmazlığı müəyyən qədər kompensasiya etsə də, xəstələrin həkimlə məsləhətləşmədən bu tərəvəzi dərman əvəzi və ya dərmanla birlikdə istifadə etməsi təhlükəli ola bilər.

“Təsadüfi və ya çox miqdarda lobya istehlakı zərərlidir”

Prof. Dr. Kenangil xəbərdarlıq edib ki, çoxlu miqdarda və nəzarətsiz lobya istehlakı bəzi xəstələrdə qeyri-ixtiyari hərəkətlərə və digər mənfi təsirlərə səbəb ola bilər. Ona görə də Parkinson diaqnozu olan şəxslər lobya istehlak etməzdən əvvəl həkimləri ilə məsləhətləşməlidirlər.

Elmi sübutlar var, amma...

Lobyanın motor əlamətləri yüngülləşdirə bilməsi ilə bağlı elmi tədqiqatlar aparılıb. Bununla belə, Prof. Dr. Kenangil vurğulayır ki, paxla heç bir halda dərmanı əvəz edə bilməz və bu məhsula yalnız əlavə dəstək vasitəsi kimi baxmaq lazımdır.

“Sağlam qida, amma şüurlu istifadə vacibdir”

 

Sonda mütəxəssis bildirib ki, paxla qidalanmada faydalı məhsuldur, lakin Parkinson xəstələri onu yalnız həkim tövsiyəsi ilə, düzgün dozada qəbul etməlidirlər. Xəstəliyin müalicəsində əsas rol hələ də dərman terapiyasına məxsusdur.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun