Faydalı
Yatmazdan əvvəl kofe içmək çox faydalı imiş  –
Faydalı
476

Yatmazdan əvvəl kofe içmək çox faydalı imiş – Amma bu qayda ilə...

Yatmazdan əvvəl qəhvə içməyin faydalı ola biləcəyi məlum olub. Qəhvə adətən günə başlamaq üçün seçilən ilk içkidir, lakin onun günorta yuxusu ilə birlikdə istifadə edilməsi məhsuldarlığı daha da artırır.

E-saglam.az xəbər verir ki, mütəxəssislər 15-30 dəqiqəlik qısa günorta yuxusunun zehni performansı yüksəltdiyini və stressi azaltdığını bildirirlər. Bu müddət beynin yenilənməsi üçün kifayət etsə də, çox yatmaq sağlamlıq problemlərinə yol aça bilər.

Qəhvə içdikdən sonra yatmaq məhsuldarlığı artırmaq üçün təsirli üsullardan biridir. Qəhvə bədənə təsirini təxminən yarım saat ərzində göstərdiyinə görə, bu müddət ərzində yatan insan həm beynini dincəldir, həm də oyandıqda daha enerjili hiss edir. Bununla belə, qəhvənin yatmazdan ən az 6 saat əvvəl içilməsi tövsiyə edilir, çünki gecə yuxusunun keyfiyyətinə mənfi təsir göstərə bilər.

İdeal günorta yuxusu 15-30 dəqiqə davam etməlidir. Daha uzun müddət yatmaq gecə yuxu rejimini poza və yorğunluğa səbəb ola bilər. Qısa yuxular yaddaşı gücləndirir, diqqəti artırır və enerji səviyyəsini tarazlaşdırır.

Mütəxəssislər bildirirlər ki, 30 dəqiqədən çox günorta yuxusu gecə yuxusunu poza və piylənmə, yüksək təzyiq kimi sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də günorta yuxusunun müddətinə diqqət yetirmək vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun