Xəbərlər
Yardımlıda çörək istehsalı müəssisəsinin
Xəbərlər
354

Yardımlıda çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb - FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Yardımlı şəhəri, H.Əliyev küçəsi, ev 153 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Qənbərov Güloğlan Qiyas oğluna məxsus çörək istehsalı müəssisəsində aparılan yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar.

Agentlikdən E-saglam.az-a verilən məlumata görə, istehsal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Eyni zamanda, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, sanitar-gigiyenik tələblərə əməl olunmadığı, qida məhsulları ilə təmasda olan səthlərin yuyula bilən və korroziyaya davamlı materialla üzlənmədiyi, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.

Yardımlıda çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb - FOTO

Yardımlıda çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb - FOTO

Yardımlıda çörək istehsalı müəssisəsinin fəaliyyəti dayandırılıb - FOTO

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun