Tibbi xəbərlər
Yaponiya bu peyvəndlərdən istifadə edəcək - Rəsmən təsdiqlədi
Tibbi xəbərlər
34

Yaponiya bu peyvəndlərdən istifadə edəcək - Rəsmən təsdiqlədi

Yaponiya hökuməti bu gün “Moderna” və “AstraZeneca” peyvəndlərindən istifadəni rəsmi olaraq təsdiqləyib.

E-saglam.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

“Moderna” peyvəndinin Tokio və Osaka şəhərindəki Özünümüdafiə Qüvvələri tərəfindən idarə olunan kütləvi peyvənd mərkəzlərində və bəzi prefekturalar və bələdiyyələr tərəfindən yaradılan oxşar obyektlərdə tətbiq edilməsi planlaşdırılır.

Bundan əlavə Səhiyyə Nazirliyi qan laxtalanması ilə bağlı narahatlıqlar fonunda “AstraZeneca”nı ölkənin peyvənd qanununun əhatə etdiyi vaksinlər siyahısına əlavə etməyi planlaşdırmır. Qanun hökumətin təsdiqlənmiş preparatlarla vaksinasiyanı tam maliyyələşdirəcəyini və peyvənd nəticəsində yaranan sağlamlıq problemlərinin müalicəsini ödəyəcəyini nəzərdə tutur.

Qeyd edək ki, indiyə qədər ölkədə vaksinasiya “Pfizer” peyvəndi ilə aparılırdı. Peyvəndlənmə nisbəti baxımından Yaponiya bir çox ölkədən geri qalır.

Vaksinasiya proqramının başladıldığı fevral ayından etibarən, ölkə əhalisinin təxminən 4 faizi birinci doza peyvənd qəbul edib.

Baş nazir Yoşihide Suqa peyvəndlənmə sayını gündəlik 1 milyona çatdıracağına və yaşlılar üçün vaksinasiya prosesinin iyul ayının sonuna qədər tamamlanacağına söz verib./medicina.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun