Sağlamlıq
Yanmış çörəyin tərkibində görün nələr tapıldı -
Sağlamlıq
451

Yanmış çörəyin tərkibində görün nələr tapıldı - ŞOK ARAŞDIRMA

Yanmış çörəyin tərkibində DNT-yə zərər verə bilən və xərçəng riskini artıran zərərli birləşmə var. Alimlər bunun həqiqətən doğru olub-olmadığını öyrəniblər.

E-saglam.az xəbər verir ki, bu barədə Xərçəng Araşdırmaları Böyük Britaniya xeyriyyə və tədqiqat təşkilatının nümayəndəsi Ed Yanq məlumat verib.

Mütəxəssisin fikrincə, yandırılmış çörəyin tərkibindəki zərərli birləşmənin konsentrasiyası o qədər azdır ki, sağlamlıq üçün ciddi təhlükə yaratmır.

Elm adamları nişastalı qidaların (kartof və çörək kimi) qızardılmasının həqiqətən də tütün tüstüsünün tərkibində olan potensial kanserogen maddə olan akrilamid istehsal etdiyini təsdiqləyiblər. Bununla belə, tədqiqat məlumatları göstərir ki, insanlar üçün real risklər çox şişirdilib.

Yanq deyib ki, bir çox erkən heyvan təcrübələrində insanların qidada istehlak etdiyi miqdardan çox yüksək dozada akrilamid istifadə edilib. Ona görə də bu cür tədqiqatların nəticələri insanlara tətbiq edilə bilməz.

Mütəxəssislər vurğulayıblar ki, xərçəngin inkişafı üçün əsas risk faktorları alkoqol, qırmızı və işlənmiş ət, həmçinin yağ, şəkər və duzla zəngin olan qidalardan müntəzəm istifadədir. (publika.az)

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun