Qidalanma
Xərçəng və uşaqlarda davranış pozuntuları yaradır:
Qidalanma
391

Xərçəng və uşaqlarda davranış pozuntuları yaradır: Qida və içkilərə qatılan "Qırmızı No.3" maddəsi nədir?

Qırmızı No. 3 qida boyası sağlamlıq risklərinə görə bir çox ölkədə qadağan olunmuş və ya məhdudlaşdırılmışdır. Bu sintetik boya neft əsaslı kimyəvi maddələrdən əldə edilir və minlərlə qida məhsulunda, o cümlədən şirniyyatlar, içkilər və hətta dərmanlarda istifadə olunur.

E-saglam.az-ın məlumatına görə, araşdırmalar göstərir ki, bu qida boyası xərçəng riski və uşaqlarda davranış problemləri ilə əlaqələndirilə bilər. Siçanlar üzərində aparılan təcrübələrdə Qırmızı No. 3-ün qalxanabənzər vəzi şişlərinə səbəb olduğu müşahidə edilib. Buna görə də, ABŞ-da bu boyanın qidalarda istifadəsi qadağan edilib.

Bu boya Avstraliya, Yeni Zelandiya, Yaponiya, Böyük Britaniya və Avropa İttifaqının bir çox ölkəsində də qadağan edilib və ya ciddi şəkildə məhdudlaşdırılıb. Kaliforniya isə 2023-cü ildə ABŞ-da bu boyanı qadağan edən ilk ştat oldu.

Mütəxəssislər bildirirlər ki, qida boyaları uşaqlarda hiperaktivlik, diqqətsizlik və əhval dəyişikliyi kimi problemlərə səbəb ola bilər. İngiltərədə aparılan tədqiqatlar bəzi sintetik boyaların uşaqlarda davranış problemlərini artırdığını ortaya qoyub.

Sarı No. 5 və digər sintetik boyalar da yaddaşa və öyrənmə qabiliyyətinə mənfi təsir göstərə bilər. Bundan əlavə, bu boyalarla birlikdə istifadə edilən konservantlar və dadlandırıcılar da sağlamlıq üçün zərərlidir.

Əgər ölkənizdə Qırmızı No. 3 qadağan edilməyibsə, qida məhsullarının etiketlərini diqqətlə oxumaq və bu boyanı tərkibində saxlayan məhsullardan çəkinmək tövsiyə olunur. Xüsusilə ultra emal olunmuş qidalardan uzaq durmaq vacibdir.

Evdə yemək bişirmək və bitki mənşəli qidalar istehlak etmək süni qida boyalarından qorunmağın ən yaxşı yollarından biridir. Mütəxəssislər uşaqların bu cür qidaları yalnız xüsusi hallarda istehlak etməsini tövsiyə edirlər.

Xoşbəxtlikdən, qida boyalarına təbii alternativlər mövcuddur. Çuğundur, qırmızı kələm, turp və paprika kimi təbii məhsullar boyalar əvəzinə istifadə edilə bilər. Bəzi qida istehsalçıları da artıq sintetik boyalardan imtina edərək təbii piqmentlərə üstünlük verirlər.

Sağlam həyat tərzi üçün təbii və az işlənmiş qidalara üstünlük vermək ən doğru seçimdir.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun