Daxili Xəstəlikləri Mütəxəssisi Dos. Dr. Merve Güner, kalsium çatışmazlığının ciddi sağlamlıq problemlərinə, o cümlədən ürək ritminin pozulmasına, əzələ daralmasına və tutmalara səbəb ola biləcəyini xəbərdarlıq edib.
E-saglam.az xəbər verir ki, o, həmçinin D vitamini və qidalanmanın əhəmiyyətinə diqqət çəkib.
Kalsiumun əhəmiyyəti
Kalsium bədənimizin ən bol mineralıdır və başda sümüklərimiz və dişlərimiz olmaqla bir çox vacib strukturların əsasını təşkil edir. Dr. Güner, "Kalsiumun təxminən 99%-i sümüklərdə və dişlərdə toplanır, qalan 1%-i isə əzələlərin fəaliyyətində, sinir keçiriciliyində, ürək döyüntüsünün tənzimlənməsində və qanın laxtalanmasında rol oynayır", - deyə bildirir.
Kalsium əsaslı qida mənbələri
Kalsium həm heyvan, həm də bitki qaynaqlarından əldə edilə bilər. Dr. Güner, tərkibində kalsium olan bəzi qidaları belə sıralayır:
Süd və süd məhsulları: Süd, qatıq, pendir (xüsusilə çedar və ağ pendir),
Yaşıl yarpaqlı tərəvəzlər: İspanaq, brokoli, pazı, kələm,
Quru paxlalılar: Noxud, mərcimək, lobya,
Qoz-fındıq: Badam, küncüt, qoz,
Balıq: Sardina, hamsi (xüsusilə sümükləri ilə birlikdə yeyildikdə).
Kalsium çatışmazlığının səbəbləri
Kalsium çatışmazlığının bir çox səbəbi ola bilər. Dr. Güner, D vitamini çatışmazlığının kalsiumun udulmasını azaldığını, pəhrizdə az süd və süd məhsullarının olmasının, həmçinin bağırsaq xəstəliklərinin kalsiumun emilimini mənfi təsir etdiyini qeyd edir. Həmçinin, qadınlar və böyrək xəstəlikləri də kalsium səviyyəsini azaldır, uzun müddət kortizon kimi dərmanların istifadəsi də digər səbəblərdəndir.
Kalsium çatışmazlığının əlamətləri
Kalsium əskikliyi yavaş inkişaf etdikdə əlamətlər dərhal ortaya çıxmaya bilər. Lakin zamanla bu əlamətlər görünə bilər:
Əzələ krampları və spazmları,
Diş çürüməsi və diş itkisi,
Dırnaqlarda kövrəklik,
Saç tökülməsi,
Əllərdə və ayaqlarda karıncalanma və ya uyuşma,
Zəiflik və yorğunluq,
Ürək ritminin pozulması,
Bağırsaq quruluşunda dəyişikliklər,
Sümük ağrısı və sınıq riski,
Osteomalaziya (böyüklərdə sümük yumşaldılması) və osteoporoz (yaşlılarda sümük itkisi).
Diaqnoz və müalicə
Kalsium çatışmazlığını diaqnoz etmək üçün qan testi, D vitamini səviyyəsi və sidik analizi kimi üsullar istifadə edilir. Müalicə edilmədikdə, kalsium çatışmazlığı ciddi xəstəliklərə, o cümlədən osteoporoz, osteomalaziya, əzələ daralması və ürək ritminin pozulmasına səbəb ola bilər.
Təhlükələr və təhlükəsizlik
Çox aşağı kalsium səviyyəsi (hipokalsemiya) həyati təhlükə yarada bilər. Ürək ritminin pozulması, qıcolmalar və şiddətli əzələ sıxılmaları təcili müdaxilə tələb edir. Kalsium çatışmazlığı, sümük itkilərinə və yıxılmalara səbəb ola bilər.
Kalsiumdan qorunma tövsiyələri
Dr. Güner, kalsium çatışmazlığından qorunmaq üçün gündəlik kalsium qəbuluna diqqət yetirilməsini, D vitamini səviyyəsinin yoxlanılmasını və günəş işığından faydalanılmasını tövsiyə edir. Mütəmadi idman etmək və həkimlə məsləhətləşmək də önəmlidir.
Tərcümə: Könül Oruc