Faydalı
Vitamin və minerallarla zəngin, ürəyin "dostu" KƏRƏVİZİN
Faydalı
342

Vitamin və minerallarla zəngin, ürəyin "dostu" KƏRƏVİZİN 5 mühüm faydası

Mütəxəssis vitamin və minerallarla çox zəngin olan kərəvizin faydalarını izah edib.

E-saglam.az xəbər verir ki, vitamin və minerallarla çox zəngin olan kərəvizin tərkibində A, C, D, E, K, folat B6, kalium və B5 kimi vitaminlər, kalium, natrium, kalsium, fosfor, maqnezium kimi minerallar var. Mütəxəssis Dietoloq Şükrü Can Gülşen kərəvizin faydalarını açıqlayıb:

Ürəyi qoruyur: Kərəviz tərkibindəki antioksidantlar və iltihab əleyhinə maddələrlə damarları qoruyur və gücləndirir. Kərəvizin tərkibində ftalidlər olduğu üçün damarların hamar əzələlərini rahatlaşdırır. Bu maddə qan damarlarının genişlənməsinə və qan təzyiqinin azalmasına səbəb olur. Beləliklə, xolesterin səviyyəsini aşağı salır.

Beyni gücləndirir: Antioksidantlar, maqnezium, kalsium və kalium kimi vacib mineralları ehtiva edir. Bu minerallar beyin sağlamlığı üçün vacib maddələrdir.

Xərçəngdən qoruyur: Apigenin və luteolin maddələri kərəvizin xərçəngdən qorunmasında çox təsirli komponentlərdir. Bu maddələr kərəvizdə çox yüksək miqdarda olur.

İmmuniteti gücləndirir: Kərəviz antioksidant mənbəyidir. Tərkibində askorbin turşusu, beta karotin və polifenol var. Bunlar bədəni sərbəst radikallardan qoruyur.

Sidikqovucudur: Yüksək kalium səbəbiylə bədəndən artıq ödemi aradan qaldırır. Mədə divarını təmizləyir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun