Sağlamlıq
Bədən kütləsi indeksi
Sağlamlıq
94

Bədən kütləsi indeksi nədir və necə hesablanır?

Bədən Kütləsi İndeksi (BKİ) – bir insanın çəkisinin boyuna uyğun olub-olmadığını qiymətləndirmək üçün istifadə edilən sadə və geniş yayılmış göstəricidir.

E-saglam.az xəbər verir ki, bu, sağlam çəki aralığını təyin etməyə kömək edir.

BKİ necə hesablanır?

BKİ-ni hesablamaq üçün aşağıdakı düsturdan istifadə olunur:

BKİ = çəki (kq) ÷ boy² (m²)

Məsələn, bir insanın çəkisi 70 kq, boyu isə 1.75 metrdirsə, hesablamanı belə aparmaq olar:

BKİ = 70 ÷ (1.75 × 1.75) = 22.9

Bu nəticə 18.5–24.9 aralığında olduğundan, həmin şəxs normal çəki kateqoriyasına aiddir.

Nəzərə alınmalı məqamlar

 

BKİ təxmini göstəricidir və insanın əzələ kütləsi, bədən quruluşu və yaşı kimi fərdi xüsusiyyətləri nəzərə almır. Məsələn, professional idmançılar yüksək əzələ kütləsinə malik olduqları üçün BKİ-yə görə artıq çəkili sayıla bilərlər. Buna görə də bədən çəkisi ilə bağlı daha dolğun qiymətləndirmə aparmaq üçün həkim və ya diyetoloq məsləhəti vacibdir.

Tərcümə: Könül Oruc

E-saglam.az

 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun