Qidalanma
ÜST-dən ciddi xəbərdarlıq - Bu məhsul arıqlamağa kömək etmir!
Qidalanma
430

ÜST-dən ciddi xəbərdarlıq - Bu məhsul arıqlamağa kömək etmir!

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) mütəxəssisləri qurumun rəsmi saytında xəbərdarlıq ediblər ki, arıqlamaq istəyən hər kəs şəkər əvəzləyicilərindən istifadəni dayandırmalıdır. Əks halda, süni qida əlavələri 2-ci tip diabet, ürək xəstəliklərinə səbəb ola, hətta ölümlə nəticələnə bilər.

E-saglam.az xəbər verir ki, mütəxəssislərin fikrincə, saxarin və ya sukraloz tərkibli qidalar və içkilər arıqlama prosesində uzunmüddətli fayda vermir. Yalnız şəkərli diabeti olanların şəkər əvəzləyicilərindən istifadə etməyə davam etmək məntiqlidir. Lakin ÜST alimləri bu insanları araşdırmalarına daxil etməyiblər.

ÜST-ün Qidalanma və Qida Təhlükəsizliyi direktoru Francesko Branka bildirib ki, insanlar şəkəri azaltmağın başqa yollarını düşünməlidirlər, məsələn, təbii şəkərli qidalara və ya şəkərsiz məhsullar və içkilərə üstünlük verə bilərlər.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun