Tibbi xəbərlər
ÜST: COVID orta ömür müddətini 1,8 il azaldıb
Tibbi xəbərlər
499

ÜST: COVID orta ömür müddətini 1,8 il azaldıb

Koronavirus pandemiyası ilə əlaqədar 2019-2021-ci illər ərzində dünyada orta ömür uzunluğu 1,8 il azalaraq 71,4 il təşkil edib.

E-saglam.az xəbər verir ki, bunu ÜST-nin statistik məlumatları göstərir.

“COVID-19 pandemiyası doğuş zamanı gözlənilən ömür uzunluğunun və gözlənilən sağlam ömür uzunluğunun tədricən artım tendensiyasını dəyişdirdi”, - ÜST ekspertləri bildirir.

Gözlənilən sağlam ömür göstəricisi 1,5 il azalaraq 61,9-a düşüb.

Cənub-Şərqi Asiya və Amerika regionlarında göstəricilər 2019-cu ildən 2021-ci ilə qədər müvafiq olaraq 2,5 və 3 il azalıb ki, bu da qlobal antirekorddur.

ÜST-nin Baş direktoru Tedros Adanom Gebreyesus COVID-19 pandemiyasının gözlənilən ömür artımınını iki il ərzində necə heçə endirdiyini vurğulayaraq insanları tərəqqinin nə qədər kövrək ola biləcəyini xatırlamağa çağırıb.

ÜST-nin yeni statistikası göstərir ki, koronavirus 2020 və 2021-ci illərdə dünyada milyonlarla insanın ölümünə səbəb olan 3 əsas ölüm səbəbindən biri olub. Amerika regionunda isə COVID-19 hər iki ildə əsas ölüm səbəbi olub. (Report)

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun