Psixologiya
Uşaqlarınızın UĞURLU olmasını istəyirsinizsə… - Psixoloqlardan MƏSLƏHƏT
Psixologiya
59

Uşaqlarınızın UĞURLU olmasını istəyirsinizsə… - Psixoloqlardan MƏSLƏHƏT

Uğurlu övlad yetişdirmək hər bir valideynin arzusudur. Bu istiqamətdə xüsusi bir qayda olmasa da, psixoloqlar valideynlərin təsirini yüksək qiymətləndirir.

E-saglam.az uşaqlarını gələcəkdə uğurlu görmək istəyən valideynlərə psixoloqların mühüm məsləhətini təqdim edir:

Uşaqlardan ev işlərində kömək istəməsini xahiş edin

Psixoloqlara görə, valideynlər arasında geniş yayılan səhv düşüncələrdən biri: "Zamanı gələndə onsuz da özü edəcək" fikridir. Qarşılıqlı olaraq, bu yanlış düşüncə uşaqlarda "Onsuz da mənim yerimə işlərimi edən var", əks təsir yaradır.

Övladlarınızın sosiallaşmasına şərait yaradın

Həyat ünsiyyət üzərində qurulur. Araşdırmalar nəticəsində məlum olub ki, sosial bacarıqları yüksək olan uşaqlar ünsiyyətdə çətinlik çəkmirlər. Bu da onların gələcək həyatlarında uğur qazanmalarına yardım edir.

Sərbəst və qadağa üsulunu yox, istiqamətləndirməni seçin

Uşaq tərbiyəsində üç mühüm ana xətt var: sərbəst buraxmaq, qadağalı tərbiyə və istiqamətləndirmə. Diana Baumride valideynlərə sonuncu tərbiyə üsulunu seçməyi məsləhət görür. Sərbəst üsulla böyüdülən uşaqlar hər zaman hər şey edə biləcəklərini düşünürlər. Qadağalar onlarda özünə inam problemi yaradır.

Ailə münasibətlərinizə diqqət göstərin

Araşdırmalara görə, problemli ailələrdə böyüyən uşaqlar pis vərdişlərə meyilli olurlar. Ayrılan valideynlərin övladları, problemli ailələrin uşaqlarından daha uğurlu olub.

Riyaziyyatla tez tanış edin

Psixoloqlar valideynlərə övladlarını bacardıqları qədər riyaziyyatla tez tanış etməyi tövsiyyə edir. Bu tanışlıq onların məktəb, universitet və həyatda uğurlu olmalarına dəstək olacaq./saglamolun.az/

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun