Faydalı
Uşaqların saçı niyə tökülür?
Faydalı
232

Uşaqların saçı niyə tökülür?

Böyüklər kimi uşaqlarda da saç tökülməsi olur. Bu, bir çox hallarda normal proses olsa da, bəzən hansısa xəstəlik nəticəsində baş verir. Saç tökülməsi həm saçın, dərinin problemi, həm də hansısa xəstəliyin əlaməti də ola bilir.

Peditar, uzman həkim Ülvi Əliyev "Uşağın saçı niyə tökülür?" sualına cavab olaraq bunları bildirib:

“Analar çox vaxt buna görə narahatlıq keçirirlər. Görəsən hansı xəstəliyin əlamətidir, raxitdirmi və s. Əslində doğuşdan sonrakı aylarında bu, normal haldır. Allergik uşaqlarda başın arxasının sürtülməsi ilə daha çox olur. Hər gün 100-ə qədər saç tökülməsi normaldır. Saç tökülməsinə alopesiya deyirlər. Yerli və yayılmış ola bilər. İnfeksion, genetik, endokrin, revmatik, toksik, qidalanma səbəblərindən ola bilər. Dəmir azlığı, sink defisiti, qalxanvarı vəzi xəstəliklərində də çox rast gəlinir.

Qız uşaqlarında Afrika tipli saç hörgüsü də keçəlliyə səbəb ola bilər. Stresli uşaqlar tükləri özləri yola bilərlər. Buna trixotillomaniya deyirlər. Səbəbi araşdırıldıqdan sonra uyğun mütəxəssisə yönləndirmək ən doğru addımdır”.

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun