Xəstəliklər
Uşaqlarda koronavirusun əsas simptomları - Pediatr açıqladı
Xəstəliklər
211

Uşaqlarda koronavirusun əsas simptomları - Pediatr açıqladı

"COVID-19 virusu bütün yaş qruplarına, eləcə də uşaqlara təsir edə bilər".

E-saglam.az xəbər verir ki, bunu 15 saylı uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr Şükufə Əlikişibəyova deyib.

O bildirib ki, xüsusilə, ətraflarında yoluxmuş şəxslərin olması uşaqları COVID-19 infeksiyasına gətirib çıxara bilər:

"Uşaqların bu xəstəlikdən təsirlənmədikləri və koronavirusun erkən mərhələlərində ciddi xəstəliklərə tutulma ehtimallarının daha az olduğu düşünülsə də, son zamanlar uşaqların da koronavirusdan mənfi təsirləndiklərinin şahidi oluruq. Uşaqlarda koronavirus müxtəlif simptomlarla müşahidə edilə bilər. Bəzilərində klinik əlamətlər olmasa da, bəzilərində kəskin yuxarı tənəffüs yollarının infeksiyası simptomları mümkündür. Bəzi uşaqlarda ishal və qarın ağrısı kimi həzm problemləri yanaşı görülə bilir. Bundan başqa uşaqlarda yüksək hərarət, öskürək, bəlğəm, sinədə xırıltı və bədəndə səpkilərin olması da koronavirusun əlamətləridir. Son məlumatlarda məlumdur ki, koronavirus bir həftə ərzində irəlilədikdə və müalicə edilmədikdə ciddi problemlərə, o cümlədən ürək və qan laxtalanma problemlərinə rast gəlinir. Bu simptomlar hətta həyatı təhdid edə bilər".

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun