İspaniyanın Qida Təhlükəsizliyi və Qidalanma Agentliyinin (AESAN) mütəxəssisləri insanları bu yay supermarketlərdə əvvəlcədən kəsilmiş meyvə almamağa çağırıb.
E-saglam.az xəbər verir ki, onlar "Deia" nəşri ilə söhbətdə bunun təhlükələrini izah ediblər.
Mütəxəssislərin fikrincə, meyvələrin qabığı qoruyucu funksiyanı yerinə yetirir. Bıçaqla zədələndikdə mikroblara qarşı maneə qırılır. Üstəlik, təhlükə patogenlərlə yoluxma halında meyvələrin görünüşünü və qoxusunu dəyişdirməməsidir.
Şöbə xəbərdarlıq edib ki, dilimlənmiş meyvə yemək salmonella və E. coli infeksiyasına səbəb ola bilər. Odur ki, insanda ishal, yüksək hərarət, ürəkbulanma, qusma, halsızlıq və halsızlıq kimi əlamətlər varsa, dərhal həkimə müraciət etməlidir.
Tərcümə: Könül Oruc