Faydalı
Uşağınızın ağıllı və yaddaşlı olmasını istəyirsinizsə,
Faydalı
199

Uşağınızın ağıllı və yaddaşlı olmasını istəyirsinizsə, səhər yeməyində...

Günə səhər yeməyi ilə başlamaq böyüməkdə olan bədən və beyin üçün ən zəruri yeməkdir.

E-saglam.az xəbər verir ki, balanslı və nizamlı qidalanma olmadan beyin də digər sistemlər kimi kifayət qədər səmərəli işləyə bilməz. Xüsusilə də uşaqlarda. Uşaq Sağlamlığı və Xəstəlikləri Mütəxəssisi Dr. Osman Karlı uşaqlarda səhər yeməyinin əhəmiyyətini belə izah edib:

Karbohidratlardan çəkinin

“Qan şəkərini sürətlə yüksəldən və aşağı salan karbohidratlı səhər yeməyi əvəzinə zülalla zəngin süd, yumurta və pendir kimi qidalar, immuniteti gücləndirən vitaminlər, minerallar və liflərlə zəngin təzə tərəvəz və meyvələr, çox taxıllı çörək kimi qidalar, gündəlik enerji ehtiyacını qarşılamaq üçün yulaf və kinoa istehlak edilməlidir. Bu cür vitaminli qidalar uşaqların daha ağıllı və güclü yaddaşa sahib olmasına gətirib çıxarır. Və bu qidalanma üsulu qanda şəkərin daha balanslı qalmasını təmin edir.

Səhər yeməyini yeməyən uşaqların dərslərdə konsentrasiyası və qavrayışının aşağı olduğu, diqqət müddətinin qısaldığı, dərketmədə çətinlik çəkdiyi məlumdur. Uşaqlar tənəffüslərdə daha çox zərərli qəlyanaltılar istehlak edərək qan şəkərinin sürətli dəyişməsi səbəbindən dərslər zamanı yorğunluq və yatmaq istəyi yaşayırlar". 

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun