Xəstəliklər
Ürək qripi 20 yaşlı gəncləri də
Xəstəliklər
347

Ürək qripi 20 yaşlı gəncləri də yatağa sala bilər!

Bahçeşehir Universitetindən Prof. Dr. Adnan Kaya bu nadir, lakin ciddi xəstəlik haqqında məlumat verib.

E-saglam.az xəbər verir ki, normal qrip əlamətləri ilə başlayan ürək qripi (miokardit) boğaz ağrısı, yorğunluq, sinə ağrısı, ürək döyüntüsü və nəfəs darlığı kimi simptomlarla özünü göstərir.

Xüsusilə 20-50 yaş arası kişilərdə daha çox rast gəlinən bu xəstəlik COVID-19-dan sonra artıb. Əksər hallarda istirahətlə sağalsa da, bəzi hallarda ciddi ritm pozğunluqlarına və ürək çatışmazlığına səbəb ola bilər.

Dünyada təxminən 2 milyon insana diaqnoz qoyulan ürək qripi nadir hallarda ölümə səbəb olsa da, immuniteti güclü saxlamaq və təkrar infeksiyalardan qorunmaq vacibdir.

19 yaşlı universitet tələbəsi Arın Kıraç bu xəstəliyi keçirdikdən sonra diqqətli şəkildə idmana qayıtdığını bildirib.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun