Tibbi xəbərlər
Ucarda diabet xəstələri üçün
Tibbi xəbərlər
479

Ucarda diabet xəstələri üçün dərman qıtlığı yaranıb

Ucarda diabet xəstələri üçün dərman qıtlığı yaranıb.

E-saglam.az xəbər verir ki, şəkərli diabet xəstələri artıq 2-ci aydır ki, qeydiyyatda olduqları Ucar Mərkəzi Rayon Xəstəxanasından (MRX) dövlət tərəfindən onlara təyin edilmiş pulsuz dərmanları ala bilmirlər. Bu, xəstələrin səhhətində problemlərin yaranmasına səbəb olub. Şikayətçilər bildirib ki, həkim diaqnozu əsasında təyin edilmiş dərmanların azad satışı olmadığından çıxılmaz vəziyyətə düşüblər. Onlar şikayətlərinin nəticəsiz qaldığını bildiriblər:

“Xəstəxanadan deyirlər ki, müvafiq qurumlar tələbata uyğun dərman göndərmir, bu səbəbdən xəstələr dərmanla təmin edilmir”.

"Ucar Mərkəzi Rayon Xəstəxanası" PHŞ-nin Farmokonəzarət sektoru və aptekinin müdiri Qüdrət Qarayev APA-ya bildirib ki, məsələdən xəbərdardırlar.

Onun sözlərinə görə, Ucarda 2976 şəkər xəstəsi qeydiyyata alınıb: “Biz müvafiq qurumlara tələbata uyğun dərman vasitələrinin göndərilməsi barədə sorğu göndəririk. Baş idarə isə dərman vasitələrinin təxminən 50 faizini göndərir. Bu səbəbdən xəstələrimizi dərmanla təmin edə bilmirik”.

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun