“Uşaqlarda bel ağrılarının əsas səbəblərindən biri əzələ zəifliyidir”.
E-saglam.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, travmatoloq Kamil Eyvazov deyib.
Həkimin sözlərinə görə, uşaqlarda onurğa problemi yaranmaması üçün əzələləri qüvvətləndirmək lazımdır:
“Bəzən valideynlər övladları dərs oxusun deyə onları aktiv həyatdan uzaqlaşdırırlar. Ancaq tövsiyə olunandır ki, bunu etməsinlər. Uşaqlar idmanla məşğul olsun və aktiv həyata zaman ayırsınlar”./ Report