Faydalı
Tıxanmış damarları hansı qidalar açır? -
Faydalı
6005

Tıxanmış damarları hansı qidalar açır? - SİYAHI

Siqaret çəkənlər diqqətli olun, damarları təmizləyən qidaları təqdim edirik.

E-saglam.az xəbər verir ki, siqaretin və alkoqolun bədənə vurduğu zərər çox böyükdür. Xüsusilə, damarlar həyati şəkildə təsirlənir. Siqaret və alkoqol ürək xəstəliklərinə və damar tıxanmasına səbəb olur, beləliklə də ölümə dəvət edir.

Bəs damarları təmizləyən qidalar hansılardır?

Damar tıxanması ilə bağlı xəbərdarlıq edən Dr. Muammer Yıldız damarları təmizləyən qidaları sadalayıb. 

Həmin qidaları təqdim edirik: 

Zeytun yağı

Aralıq dənizi ölkələrində ürək xəstəliklərinin aşağı nisbəti zeytun yağı sayəsində olur. Tərkibindəki antioksidantlar sayəsində xərçəngin qarşısını alır və təzyiqi aşağı salır.

Qulançar

Qulançar damarlardakı təzyiqi azaldaraq qan dövranını sürətləndirir.

Yulaf

Yulaf xolesterolu aşağı salır və damarları təmizləyir. Yeməklərinizə yulaf əlavə etməyi məsləhət görürük.

Brokoli

K vitamini və liflə zəngin olan brokoli xolesterini və təzyiqi aşağı salır. K vitamini damarlardakı kalsium səviyyəsini tarazlaşdırır.

Badam

E vitamini, həll olunan lif və tək doymamış yağlarla zəngin olan badam, tərkibindəki antioksidantlar sayəsində damarların tıxanmasının qarşısını alır.

Nar

Tərkibindəki antioksidantlar sayəsində nar qan axını artırır və damarların tıxanmasının qarşısını alır.

Zərdəçal

Zərdəçal qan damarlarının təmizlənməsində ən təsirli ədviyyatlardan biridir. Həmçinin damarların sərtləşməsinin qarşısını alaraq yağ yığılmasının qarşısını alır.

Acai üzümü

Xüsusilə xolesterini aşağı salan bu meyvə qan axını sabitləşdirir və buna görə də ürək üçün çox faydalıdır.

Yaşıl çay

Yaşıl çay damarlara zərər verən oksidləşdirici stressi azaldır və damarları təmizləyir. Tərkibindəki antioksidantlar xolesterini aşağı salaraq ürəyi qoruyur.

Darçın

Antioksidant mənbəyi olan darçın qan şəkərini aşağı salır və bu səbəbdən damarlar üçün çox faydalıdır. Gündə 1 çay qaşığı darçının qan yağlarını 26 faiz azaltdığı qeyd edilib.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az 

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun