Tibbi xəbərlər
Tibb üzrə Nobel mükafatını Covid vaksinini kəşf edənlər aldı
Tibbi xəbərlər
294

Tibb üzrə Nobel mükafatını Covid vaksinini kəşf edənlər aldı

COVID-19-a qarşı mRNT peyvəndlərinin hazırlanmasına imkan yaradan kəşflərə görə iki alim bazar ertəsi tibb üzrə Nobel mükafatına layiq görülüb.

Mükafata Macarıstandakı Saqan Universitetinin professoru Katalin Kariko və Pensilvaniya Universitetinin professoru, Pensilvaniya Universitetində Kariko ilə birlikdə tədqiqatları həyata keçirən Dryu Vaysman layiq görülüblər.

"Dövrümüzün insan sağlamlığı üçün ən böyük təhdidlərindən biri zamanı mRNT-nin immun sistemimizlə qarşılıqlı əlaqəsi haqqında anlayışımızı kökündən dəyişən kəşfləri ilə laureatlar peyvəndin görünməmiş templə inkişaf etdirilməsinə töhfə verdilər" - deyə, mükafatı təqdim edən heyət bildirib.

Nobel Assambleyasının baş katibi Tomas Perlman mükafatı elan etməzdən az müddət əvvəl alimlərlə əlaqə saxladıqda, onların hər ikisinin bu xəbərdən "heyrətə gəldiklərini" deyib.

Qalibləri seçən heyətin üzvü Qanilla Karlson Hedestam onların gördüyü işlər haqqında danışarkən deyib ki, "həyatları xilas etmək baxımından, xüsusən də pandemiyanın ilkin mərhələsində bu, çox vacib idi".

Nobel mükafatı ilə bağlı elanlar çərşənbə axşamı fizika, çərşənbə günü kimya və cümə axşamı ədəbiyyat sahələri üzrə davam edəcək. Nobel Sülh Mükafatı cümə günü, iqtisadiyyat üzrə mükafat isə oktyabrın 9-da elan olunacaq.

Mükafatlara 11 milyon İsveç kronu (1 milyon dollar) məbləğində pul mükafatı daxildir. Bu maliyyə 1896-cı ildə vəfat edən isveçli ixtiraçı Alfred Nobelin vəsiyyəti ilə yaradıcısı olduğu Nobel mükafatları fondundan gəlir.// amerikaninsesi.org

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun