Tibbi xəbərlər
Teymur Musayev: "Azərbaycanda səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılır"
Tibbi xəbərlər
123

Teymur Musayev: "Azərbaycanda səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılır"

Azərbaycanda səhiyyə sahəsində genişmiqyaslı islahatlar aparılır.

E-saglam.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev iyulun 5-də Azərbaycanda Amerika Ticarət Palatasının (“AmCham Azərbaycan”) ənənəvi işgüzar lançında çıxışı zamanı məlumat verib.

Onun sözlərinə görə, son illər Azərbaycan ictimai səhiyyəsində müasir prinsiplərə əsaslanaraq innovativ texnoloji nailiyyətlər və mütərəqqi menecment resusları tətbiq edilməklə genişmiqyaslı islahatlar aparılmaqdadır: “Uğurlu səhiyyə islahatları üç əsas prinsip üzərində qurulub. Birincisi, insan kapitalının inkişafıdır. İkincisi, bu sahədə bütün fundamental dəyişikliklərin əsas amili səhiyyənin rəqəmsallaşmasıdır. Nəhayət, üçüncüsü, səhiyyə sisteminin yeni iqtisadiyyatı və səhiyyənin maliyyələşdirilməsidir. Dövlət xidmətlərində əlçatanlıq prinsiplərinin artırılması, insan amilin gücləndirilməsi, “vətəndaş-məmur” ünsiyyətinin minimuma endirilməsi məqsədilə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə geniş rəqəmsal səhiyyə platformasına keçid reallaşdırılıb. Belə ki, bu sahədə e-səhiyyə platforması istifadəyə verilib".

Nazir milli səhiyyədə müasir düşüncəli və beynəlxalq təcrübəyə malik tibbi kadr potensialının formalaşdırılması, bu sahədə uğurlu mübadilələrin aparılması, tibb təhsili və elmində inklüziv inkişafa nail olması istiqamətində məqsədyönlü və davamlı layihələrin icra olunduğunu söyləyib.

T.Musayev həmçinin səhiyyə sektorunda dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsi üçün geniş potensialın mövcudluğunu vurğulayıb. Nazir Azərbaycanda səhiyyə sektoruna özəl investisiyaların cəlb olunması və nəticə etibarilə göstərilən xidmətlərin genişləndirilməsi və keyfiyyətinin artırılması məqsədilə dövlət-özəl sektor tərəfdaşlığı sahəsində mühüm işlərin görülməsini diqqətə çatdırıb: “Özəl sektorun səhiyyədə iştirak payının artırılması, xidmətin səmərəliliyinin optimallaşdırılması, informasiya texnologiyalarına çıxış imkanlarının genişləndirilməsi və innovativ layihələrin birgə maliyyələşdirilməsi kimi təşviq edilməlidir”.

Mənbə: report

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun