Matça çayı min ildən çoxdur istifadə olunur. Yaponiyada budistlərin konsentrasiyanı gücləndirmək və bədəni təmizləmək üçün meditasiyadan əvvəl içdikləri matça hazırda daha populyardır.
E-saglam.az xəbər verir ki, matçanın ən əhəmiyyətli faydalarından biri hər qurtumda bədəni meqa dozada antioksidant ilə təmin etməsidir.
Elmi araşdırmalara görə, matçanın tərkibində yaşıl çaydan 137 dəfə çox antioksidant var. Mütəxəsislər 1 stəkan matça çayının 10 stəkan yaşıl çaya bərabər olduğunu bildirirlər. Tərkibindəki maddələr sayəsində xərçəngdən qoruyucu təsirə malikdir.
Çaylar arasında ən çox “L-Theanine” ehtiva edən matça beyin funksiyalarının inkişafı üçün də çox əhəmiyyətlidir. “L-Theanine” beyində alfa dalğalarını gücləndirir, beləliklə yaradıcılığı artırır.
Matça həm də zehni sakitləşdirir və bədəni rahatlaşdırır. C vitamini, selenium, xrom, sink və maqnezium mənbəyi olan bu çay xolesterolu və qan şəkərini azaldan təsirə malikdir.
1 stəkan matça çayının tərkibində 30 mq kofein var. Yəni tərkibindəki kofeinin miqdarı qəhvədən azdır. “L-Theanine” sayəsində kofein daha yavaş sorulur. Beləliklə, kofeinin müsbət təsirləri daha uzun müddət davam edir.
Son illərdə aparılan başqa bir araşdırmaya görə isə matça çayı fiziki dözümlülüyü 4% artırır. / Publika.az