Sadə əlamətlər ürəyinizin dəstəyə ehtiyacı olub-olmadığını müəyyən etməyə kömək edə bilər.
E-saglam.az xəbər verir ki, bunu ürək-damar cərrahı Ceremi London deyir.
Gəzinti zamanı nəfəs darlığı. Bu simptom ürəyin zəif olduğunu göstərir.
Koronar arteriya xəstəliyi (ürək böhranının səbəbi), ürək çatışmazlığı və atrial fibrilasiya kimi anormal ürək ritmləri kimi ümumi, müalicə edilə bilən ürək xəstəlikləri nəfəs darlığına səbəb ola bilər.
Düz uzansanız, normal nəfəs ala bilməzsiniz. Bu simptom ortopne adlanır - bir adam oturanda və ya ayağa qalxdıqda yox olur. Ortopnea ağciyərlərdə artıq mayenin əlamətidir və adətən ürək xəstəliklərindən qaynaqlanır.
Ayaqların şişməsi. Bu simptom ürək çatışmazlığını göstərə bilər.
Tərcümə: Könül Oruc