Gözəllik-dəb
Axşam yeməyindən sonra sadə bir vərdiş
Gözəllik-dəb
120

Axşam yeməyindən sonra sadə bir vərdiş incə bədən quruluşunuzu qoruyacaq

Axşam yeməyindən sonra bir çox insan divanda oturmağı xoşlayır, lakin sağlamlıqlarını yaxşılaşdırmaq üçün başqa bir vərdiş inkişaf etdirməlisiniz - gəzinti.

E-saglam.az xəbər verir ki, mütəxəssislər yemək yedikdən sonra gəzinti etməyin bir sıra faydaları olduğunu deyirlər.

Həzm prosesini yaxşılaşdırır. Qəbizlik, şişkinlik və ya ürək yanması axşam yeməkdən sonra baş verə biləcək tipik simptomlardır. Qısa bir gəzinti vəziyyəti yüngülləşdirməyə kömək edəcəkdir.

Ürək xəstəliklərinin qarşısını alır. Məşq qan təzyiqi və xolesterin səviyyəsini aşağı salır ki, bu da öz növbəsində ürək-damar xəstəliklərinin, insult və ya infarktın inkişafından qoruyur. Tədqiqatlar göstərir ki, yeməkdən sonra 10-15 dəqiqəlik gəzinti ürək sağlamlığına gəldikdə uzun məşqdən daha təsirli olur.

Çəki saxlamağa kömək edir. Axşam yeməyindən sonra gəzmək arıqlamağınıza və ya hətta azalmağınıza kömək edə bilər. Məşq həm də yemək istəyini cilovlamağa kömək edir.

Qan şəkərinin səviyyəsini normallaşdırır. İdman qlükozanın hüceyrələrə udulmasını yaxşılaşdırır, bu da qan şəkərinin səviyyəsini aşağı salır.

Yuxunu yaxşılaşdırır. Yüngül fiziki fəaliyyət xoş yorğunluğa səbəb olur, bu da yuxuya getməyi asanlaşdırır və dərin yuxuya kömək edir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun