Faydalı
Tərkibində 90 qida maddəsi olan QOZ -
Faydalı
4038

Tərkibində 90 qida maddəsi olan QOZ - Gün ərzində nə qədər yemək olar?

Qida dəyəri baxımından qoz liflər, vitaminlər, minerallar və sağlam yağlar ehtiva etdiyi üçün super qida olaraq təyin edilmişdir. Qozun faydaları nələrdir? Gündə nə qədər qoz istehlak edilməlidir? Qoz arıqlamaqda təsirlidirmi?

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, sağlam yağ, zülal və lif mənbəyi olan qozun bir çox faydası var. Kilo balansını qoruyarkən ürək və sümük sağlamlığını yaxşılaşdırır.

Qozun faydaları nələrdir? 

Tərkibində təxminən 90 qida maddəsi olan qoz insan sağlamlığına müsbət təsir göstərir.

Müntəzəm olaraq istehlak edildikdə immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır. 

Qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.

Qozun tərkibində maqnezium, sink, mis, dəmir, fosfor, bir sıra vitaminlər var; Yaxşı yağlar, fol turşusu, dəmir və kaliumla zəngindir.

Qoz glutensiz pəhriz üçün də uyğundur. Vegetarianlara və veganlara bir sıra qida və vitamin dəstəyi verir.

Antioksidanların bolluğuna görə yaşlanma ilə bağlı xəstəliklər, xərçəng və ürək-damar sistemi xəstəliklərinin qarşısını aldığı bilinir.

Bu, sağlam və balanslı qidalanma üçün əsl super qidadır.

Araşdırmalar göstərib ki, qozun müntəzəm istehlakı yeməkdən sonra meydana gələn pis xolesterin olaraq təyin olunan LDL-nin oksidləşdirici zərərinin qarşısını alır.

Qoz arıqlamağa təsir göstərirmi? 

Axşam televizor qarşısında çips və ya şokolad yemək vərdişiniz varsa, onun yerinə daha sağlıqlı olan qoz yeyə bilərsiniz. Dadlı və doyurucu olduğu üçün aclıq hissini azaldır. Araşdırmalar göstərib ki, qoz aclıq hissini azaldır və bol iştahın qarşısını alır.

Qoz neçə kaloridir? 

Sağlam yağ nisbətinin yüksək olması səbəbindən 100 qram qozda təxminən 674 kalori var. Sağlam bir şəkildə arıqlamaq və ilk növbədə kalorilərə diqqət yetirmək üçün qoz yeyərkən son dərəcə diqqətli olmaq lazımdır. Gündə 8-dən çox bütöv qoz istehlak edilməməlidir.

Tərcümə etdi: Könül Oruc

E-saglam.az

Bizi Facebook-da izləyin
Bizi Instagram-da izləyin

Premium Reklam

VIP Reklam İmkanları

VIP

Sizin Reklamınız Burada

Tibbi sahədə fəaliyyət göstərən şirkətlər üçün premium reklam imkanları.

Reklam Sahəsi Satın Al

Ürək sağlamlığınızı yoxlayın

Həkimlərimizlə konsultasiya üçün randevu alın

Randevu Al

Yeniliklərdən xəbərdar olun

Həftəlik tibbi xəbərlər və məsləhətlər üçün abunə olun