“Məktəblərin açılışının ilk həftələrində sosial psixoloji gərginliklə bağlı çətinlik yarana bilər”.
E-saglam.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev "Real TV"yə müsahibəsində deyib.
Nazir bildirib ki, bunun üçün ictimaiyyət səbrli olmalıdır: "Başa düşüləndir ki, uzun müddətli fasilədən sonra yenidən ənənəvi təhsilə qayıdırıq və müəyyən qısa dövrlü çətinlik yaşana bilər. Ümumilikdə isə tədris prosesinin qaydasında olacağına ümid edirəm".