TƏBİB Tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinə Böyük məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.
E-saglam.az sözügedən vakansiya ilə bağlı məlumatları təqdim edir.
Görəcəyiniz işlər:
-
Tibbi xidmətlərin inkişafı üzrə müxtəlif proqramların həyata keçirilməsinin təmin edilməsinə dair təkliflərin verilməsi;
-
Müasir metodların tətbiqi və menecment prinsipləri əsasında ixtisaslı tibbi xidmətin planlanmasının, təşkilinin, keyfiyyətinin yaxşılışdırılması, tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dair təkliflərin işlənib hazırlanması;
-
İxtisaslı tibbi xidmətlərin təşkili və təkmilləşdirilməsi istiqamətində işlərin icra edilməsi;
-
Tibb müəssisələrinin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində öz səlahiyyətləri daxilində təkliflərin hazırlanması;
-
Tibb müəssisələrində müxtəlif ixtisaslaşdırılmış xidmət sahələrində təşkilati-metodik fəaliyyətin təmin edilməsi üçün öz səlahiyyətləri çərçivəsində tədbirlərin görülməsi;
-
Tibb müəssisələrində ixtisaslasmış tibbi xidmətlərin icrasına nəzarət məqsədi ilə planlı sürətdə və plandankənar monitorinqlərdə iştirak, onların nəticələrinə əsasən çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlərin müəyyənləşdirilməsi;
-
Şöbənin səlahiyyət və vəzifələrini əhatə edən daxili siyasət, prosedur qaydaların hazırlanması və buna uyğun fəaliyyətin təşkil edilməsi;
-
Şöbəyə daxil olan ərizə, şikayət və təkliflərə baxılması, müəyyən edilmiş qaydada müraciətlərin cavablandırılmasının təmin edilməsi.
Bizim üçün uyğun namizəd:
-
Ali tibbi təhsil (Stomatologiya və laboratoriya işi istisna)
-
Səhiyyənin təşkili istiqamətində minimum 3 il iş təcrübəsi
-
Dil bilikləri: Rus və ingilis dili – arzuolunan
-
Kompüter bilikləri: Microsoft Office – sərbəst
-
Azərbaycan Respublikasının Konstitusiyası
-
Azərbaycan Respublikasının səhiyyə sahəsində olan qanunvericiliyi və digər normativ hüquqi aktlar
-
Peşəkar fəaliyyət istiqaməti üzrə normativ və metodik sənədlər
-
Tibbi fəaliyyətin təşkilinin əsasları.
Əlavə məlumatlar:
-
İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi
-
İş vaxtı: 09:00 – 18:00
Müraciət qaydası
-
CV [email protected] ünvanına göndərilməlidir
-
Mövzu sətrində “İxtisaslı tibbi xidmətlər şöbəsi – Böyük məsləhətçi” qeyd olunmalıdır
-
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar.
Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) təhlükəsizlik səbəbindən bu domenlərdən məktub qəbul etmir: yandex.ru, mail.ru, list.ru, inbox.ru, bk.ru, yahoo.com. Xahiş edirik ki, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərəsiniz.