“Vaksinasiya 100 faiz effektiv deyil. Azərbaycanda vaksinasiya olunan şəxslərin 0,6 faizində yoluxma, ağırlaşma müşahidə olunub”.
E-saglam.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 6 milyon ümumi doza vaksin vurulub:
“Bu gün 24 faiz əhalimiz vaksinasiya olunmuş sayıla bilər".