Tamamilə süni intellekt (AI) texnologiyasından istifadə etməklə yaradılmış dərmanlar 2030-cu ilə qədər bazara çıxacaq.
E-saglam.az xəbər verir ki, bu barədə "Bloomberg"ə Honq-Konq biotexnoloji şirkəti "Insilico Medicine"nin rəhbəri Aleks Javoronkov bildirib.
Onun sözlərinə görə, çox güman ki, onlar yaxın 5-6 il ərzində satışa çıxarılacaq.
Nəşr qeyd edir ki, əczaçılıq sənayesi uzun müddətdir ki, süni intellektdən istifadəni tədqiqat və inkişaf işlərinin vaxtını və xərclərini azaltmaq üsulu kimi irəli sürür, lakin hələlik belə dərmanlar təsdiqlənməyib.
İqtisadiyyat.az